Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var.
İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır.
BAKU.WS Baku.TV-yə istinadən xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski İran Xarici işlər naziri Abbas Arakçının Ermənistana səfərini şərh edərkən deyib.
O bildirib ki, Arakçının səfəri zamanı həm regional, həm də geosiyasi proseslərə aid genişspektrli məsələlər müzakirə olunub: "Maraqlıdır ki, İran tərəfinin kifayət qədər tez-tez istinad etdiyi regional 3+3 formatı məsələsi gündəmə gətirilməyib.
Düşünürəm ki, buna səbəb səfərdə əsas diqqətin İrəvan-Bakı münasibətləri məsələsi olmasıdır".
O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir: "Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub.
Baxmayaraq ki, ABŞ-ın yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu, Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir.