Rusiya Zelenskinin təhlükəsizliyini təmin edəcək Uşakov

28.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Prezident Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş imkanını nəzərdən keçirməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.

Uşakov əlavə edib ki, Putin dəfələrlə Zelenskinin dialoqa hazır olduğu halda Moskvaya gələ biləcəyini söyləyib:

“Putinlə Zelenski arasında mümkün təmaslar konkret və müsbət nəticələrə yönəldilməlidir”.

O həmçinin Putinin sözlərini xatırladıb:

“Əgər Kiyev rejiminin rəhbəri dialoqa gəlməyə hazırdırsa, Moskva Zelenskinin təhlükəsizliyini təmin edəcək”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью