Icma.az bildirir, Unikal.az portalına istinadən.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrandan Rusiyaya zənginləşdirilmiş uranın tədarükü təşəbbüsünün "masada" olduğunu açıqladı.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
"Rusiya bir vaxtlar İranın zənginləşdirilmiş uran ehtiyatlarını öz ərazisinə köçürməyi təklif etmişdi. Bu təşəbbüs hələ də masadadır... Eyni zamanda, yuxarıda qeyd olunan ehtiyatların İrana məxsus olduğunu nəzərə almaq vacibdir. Onların mövcudluğu heç bir şəkildə Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərinə zidd deyil. Onlardan qurtulmaq, o cümlədən onları İrandan kənara köçürmək və belə halda hara köçürmək barədə qərar vermək hüququ yalnız iranlılarındır", - deyə diplomat qeyd edib.
Ağarza Elçinoğlu