Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, "The New York Times" yazır ki, məhsul yığım mövsümünün başlanmasına təsadüf edən bu hücumlar Ukraynanın buğda, qarğıdalı və arpa kimi əsas taxıl məhsullarının ixracını təhlükə altına ataraq qlobal ərzaq tədarük zəncirinə ciddi təsir göstərə bilər.
Nəşrin məlumatına görə, Ukraynalı rəsmilər iyun və iyul aylarında Rusiya qüvvələrinin ən azı 50 yük gəmisinə hücum etdiyini, nəticədə 30-dan çox mülki şəxsin öldüyünü bildirirlər. 2022-ci ildə Ukrayna limanlarının blokadaya alınması dünya ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub və milyonlarla insanın ərzaq təhlükəsizliyi riskini artırıb.
Odessa və yaxınlıqdakı iki limanın Ukraynanın aylıq ixrac gəlirlərindəki payı təxminən 60 faizdir. Bu limanların blokadaya alınması milyonlarla ton taxılın ixrac edilməsinin dayandırılmasına və ölkənin kənd təsərrüfatı sektorunda maliyyə böhranının dərinləşməsinə səbəb ola bilər. Ukrayna Aqrar Şurası mümkün iflas dalğası barədə xəbərdarlıq edərək təcili kredit və dövlət zəmanətləri tələb edib.
Bununla yanaşı, NYT Ukraynanın da Rusiya gəmilərinə qarşı sistemli hücumlar həyata keçirdiyini qeyd edir. Kiyev bu hücumları Rusiyanın enerji ixracına və sanksiyalardan yayınmasına xidmət edən gəmilərə qarşı mübarizə kimi əsaslandırır.
Ekspertlər xəbərdarlıq edirlər ki, Rusiya-Ukrayna qarşıdurmasının dənizə yayılması beynəlxalq ticarətin əsas prinsiplərindən biri olan gəmiçilik azadlığı üçün daha geniş təhlükə yaradır. Dronlar, gəmiəleyhinə raketlər və minalardan istifadənin artması Qara dənizlə yanaşı, digər mühüm dəniz ticarət marşrutlarında da riskləri artırır.
Bizimyol.info