Rusiyada 1 faiz kişi “YOXA ÇIXIB” | Icma.az
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri döyüşlərdə kişi əhalisinin 1 faizinə qədərini itirmiş ola bilər.
Modern.az xəbər verir ki, bu barədə "The Economist" öz təhlilində yazıb.
2020–2021-ci illərin son əhalinin siyahıyaalınmasına əsasən, Rusiyada 68 milyondan çox kişi yaşayırdı və bu rəqəm itkilərin 680 min nəfəri keçə biləcəyini göstərir.
Jurnalın hesablamalarına görə, ümumi itkilər, yəni öldürülən və yaralananların sayı 1 milyondan 1,35 milyonadək dəyişir.
Bu rəqəm ABŞ-ın İkinci Dünya müharibəsində öldürülən və yaralanan əsgərlərinin sayından belə çoxdur.
"Institue for the Study of War" (ISW) mərkəzinin məlumatlarına əsasən, Rusiya ordusu 2025-ci ilin əvvəlindən bəri Ukraynada 4562 kvadrat kilometr ərazini ələ keçirib ki, bu da 2024-cü illə müqayisədə 22 faiz çoxdur.
Həmin il Rusiya qüvvələri 3734 kvadrat kilometrə nəzarət əldə etmişdi.
Tam oxu
Xəbəri oxu