Rusiyada 1 həftədir yanan hərbi aerodromda fövqəladə vəziyyət elan olundu

14.01.2025

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ukraynanın PUA-nın hücumundan sonra dağıntıların baş verdiyi Engelsdə yanğının söndürülməsi üçün Saratov vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Məlumatı bölgənin qubernatoru Roman Busargin açıqlayıb.

Qeyd edək ki, PUA hücumu yanvarın 8-də baş verib. Ukrayna dronları Engels hərbi aerodromundakı yanacaq bazasına zərbə endirib, yanğın başlayıb. Bir neçə gün sonra Rusiya rəsmi qurumları yanğının 80 faiz lokallaşdırıldığını elan etsələr də, bu gün ərazidə fövqəladə vəziyyətin elan olunması bu məlumatın reallığı əks etdirmədiyini göstərir.

Ukrayna tərəfi bazada 1 milyon tondan yuxarı aviasiya yanacağı olan çənlərin məhv edildiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью