Rusiyada 100 ə yaxın əsgər hərbi hissədən qaçmağa cəhd etdi, 3 ü tapılmır

19.04.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Krasnodar vilayətində yüzə yaxın əsgər hərbi hissədən qaçmağa cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hərbçilər hasarı sındıraraq hərbi komendantlıq ərazisinə daxil olublar. Əvvəlcə onlar silahlı olmayıblar.

Komendantlıq ərazisi Rusiya Milli Qvardiyasının qüvvələri və polis maşınları tərəfindən mühasirəyə alınıb. Lakin 7 hərbçi qaçmağa müvəffəq olub. Onlardan 4-ü saxlanılıb, 3 nəfər isə gizləndiyi üçün axtarışlar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью