Rusiyada 115 minə yaxın şəxs axtarışdadır Xüsusi xidmətlərdən və məhkəmədən gizlənənlərin sayı kəskin artıb | Icma.az

22.01.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada xüsusi xidmət orqanlarından, istintaqdan və məhkəmədən gizlənən şəxslərin sayı rekord həddə çatıb. 2025-ci ilin sonuna olan məlumata görə, ölkə üzrə axtarışda olanların sayı 114 min 408 nəfər təşkil edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya DİN-in məlumatlarına istinadən “Verstka” nəşri yazıb. Bildirilir ki, bu göstərici bir il əvvəlki dövrlə müqayisədə təxminən 31 min 400 nəfər çoxdur. Beləliklə, bir il ərzində axtarışda olanların sayı 37,8 faiz artaraq son 17 ilin ən yüksək artım tempini göstərib.

Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə DİN-in axtarış bazasında olan şəxslərin sayı cəmi 5,1 faiz, yəni təxminən 4 min nəfər artmışdı. Həmin il son 16 il ərzində ilk dəfə olaraq axtarışda olanların sayında artım qeydə alınmışdı.

Məlumata görə, 2008-ci ildən başlayaraq Rusiyada axtarışda olan şəxslərin sayı davamlı şəkildə azalırdı. Belə ki, 2008-ci ildə axtarışda olanların sayı 225,8 min nəfər idisə, 2023-cü ilin sonuna bu göstərici 79 minə qədər enmişdi.

“Verstka” yazır ki, artım tendensiyası ölkədə hüquq-mühafizə və nəzarət mexanizmlərinin sərtləşdirilməsi fonunda baş verir. Daha əvvəl rus hüquq-mühafizə sistemi üzrə ekspert, Monteneqrodakı Azad İncəsənət və Elmlər Fakültəsinin professoru Kirill Titaev nəşrə verdiyi açıqlamada kəskin artımı miqrasiya siyasətindəki dəyişikliklər və “nəzarət edilən şəxslər reyestri”nin işə salınması ilə əlaqələndirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью