Rusiyada 13 yaşlı idmançıda dopinq aşkarlanıb

03.10.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Buza dırmanma üzrə yarışlarda iştirak edən Rusiya təmsilçisi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, idmançının nümunəsində qadağan olunmuş prednizolon (qlükokortikoid) aşkarlanıb.

Həmin yeniyetmənin adı açıqlanmayıb.

O, 2025-ci ildə Kirovda keçirilmiş yarışda mükafat da qazanıb.

Diskvalifikasiya müddəti 6 ay olacaq və 2026-cı ilin fevralında başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью