Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 avqust, AZƏRTAC
Rusiyanın Xabarovsk şəhərinin yaxınlığındakı adalarda yerləşən 159 bağ evini su basıb.
AZƏRTAC xəbr verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, Amur çayında suyun səviyyəsi son bir sutka ərzində 14 santimetr artaraq 475 santimetrə çatıb. Bunun nəticəsində evlər subasmaya məruz qalıb.
Hazırda Xabarovskda Nevelskoye bəndinin aşağı hissəsinin də tamamilə suyun altında qaldığı diqqətə çatdırlıb.