Rusiyada 2 mükafat

28.05.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan idmançıları Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış edərək 2 medal qazanıblar.

Yeniyetmələr yaş kateqoriyasında mübarizə aparan Ömər Qasımlı və Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.

Böyüklər yaş kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medala yiyələniblər.

L.QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью