Rusiyada 20 avtomobil toqquşdu

16.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Başqırdıstanın (Rusiya) Ufa - Orenburq magistralında təxminən 20 avtomobil toqquşub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində Ufa istiqamətində hərəkət çətinləşib. Bunu respublikanın yol hərəkəti təhlükəsizliyi üzrə baş dövlət inspektoru Vladimir Sevastyanov bildirib. Onun sözlərinə görə, ölən yoxdur, avtomobillər mexaniki zədələr alıb.

İdarənin məlumatına görə, kütləvi qəza nəticəsində 3 nəfər, o cümlədən 8 yaşlı uşaq zərər görüb.

Hazırda polis qəzanın səbəblərini araşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью