Rusiyada 20 ci mərtəbədən yıxılan qız sağ qaldı

20.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Tümen şəhərində 16 yaşlı qız çoxmərtəbəli binanın pəncərəsindən yıxılsa da, sağ qalıb.

Oxu.Az 72.ru portalına istinadən xəbər verir ki, hadisə aprelin 18-də baş verib.

İlkin məlumata görə, qız 20-ci mərtəbənin pəncərəsindən yaşayış kompleksinin həyətində dayanmış avtomobilin üzərinə düşüb.

Qeyd olunur ki, zərərçəkmiş ağır vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb.

Polis hadisənin bütün səbəblərini müəyyənləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью