Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiyanın Daxili İşlər Nazirliyi cari ildə 290 min əcnəbi vətəndaşın ölkəyə girişini qadağan edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasında hökumət saatı çərçivəsində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiyaya girişi 3 ildən 10 ilədək müddətə qadağan edilən şəxslərin sayı ötən ilin göstəricisini təxminən iki dəfə üstələyib və 290 min nəfərə çatıb.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Asiya və Cənubi Qafqaz əsilli, Rusiyanın altı regionunda yaşayan yeddi nəfər milli təhlükəsizliyə və millətlərarası münasibətlərə təhdid yaradan hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.
Bizim.Media