Rusiyada 3 hava limanı bağlandı

11.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə "Rosaviatsia" Teleqram kanalında məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurum bildirib.

Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью