Rusiyada 3 meşəbəyini öldürən odunçu intihar edib

29.01.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Kaluqa vilayətində odunçu 3 meşə təsərrüfatı əməkdaşını öldürüb, iki nəfəri girov götürüb, sonra isə intihar edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Kaluqa vilayətinin Bryansk vilayəti ilə sərhədində baş verib.

İlkin məlumata görə, Usoxi kəndinin 63 yaşlı sakini Sergey Borisov Bryansk vilayəti ilə sərhəddə ağacları kəsirmiş. Kişini Meşə Mühafizə Xidmətinin əməkdaşları görüblər, dava düşüb, nəticədə odunçu üç işçini güllələyib və daha iki nəfəri - Dmitri Ageyevi və Lyudmila Nikitinanı girov götürüb.

Bir müddət sonra Sergey girovları azad edib. Sonra o, intihar edib.

Ölənlərin cəsədləri yanmış "Qazel" avtomobilində tapılıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью