Rusiyada 30 il axtarışda olan erməni qadın İrəvan aeroportunda saxlanılıb

17.07.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrəvanın "Zvartnots" hava limanında polis əməkdaşları Rusiyada 30 ildir axtarışda olan bir qadını saxlayıblar.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dələduzluqda ittiham olunan 53 yaşlı Armavir şəhər sakini 1997-ci ildən axtarışda idi.

Qeyd olunub ki, o, İstanbuldan həyata keçirilən reyslə İrəvana gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью