Rusiyada 33 illik qəzet bağlanır

30.10.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər reyestrinə daxil edilən “Novaya Qazeta” qəzeti 33 illik fəaliyyətindən sonra bağlanacaq.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri məlumat yayıb.

“Qərar qəzet rəhbərliyinin oktyabrın 26-da keçirilən ümumi yığıncağında qəbul edilib. Görüş zamanı qəzetin keçmiş baş redaktoru Dmitri Muratov (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər reyestrinə daxil edilib-red.) əməkdaşlarla söhbətində nəşrin ekstremist təşkilat kimi tanına biləcəyini istisna etməyib. “Novaya Qazeta” xarici agentlər reyestrinə daxil edildikdən sonra nəşrin bank hesablarının bloklanması təhlükəsi yaranıb. Redaksiya Moskvadakı ofis binasını artıq tərk edib”, – məlumatda deyilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью