Rusiyada 4 azərbaycanlı deputat seçilə bilər

18.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada bu gün başlayan və sentyabrın 20-n qədər keçiriləcək seçkilərdə azərbaycanlı namizədlər də deputat mandatı uğrunda mübarizə aparırlar.

Modern.az xatırladır ki, hazırkı seçki prosesində müxtəlif səviyyəli parlamentlərə namizədliyini irəli sürən 4 azərbaycanlı namizəd diqqət çəkir. Onlardan Tural Aydəmir oğlu Novruzov Rusiya Dövlət Dumasına, digər üç namizəd – Niyazi Nizami oğlu Cahangirov, Ruslan Elbəyi oğlu Əliyev və Pərviz Suliddin oğlu Süleymanov isə regional parlamentlərə seçilmək uğrunda mübarizə aparır.

1985-ci ildə Qazaxıstanda anadan olan Tural Novruzov Çelyabinsk vilayətində fermer təsərrüfatı ilə məşğuldur. O, 2024-cü ildən Rusiya Kommunist Partiyasının üzvüdür və 189 saylı seçki dairəsindən Dövlət Dumasına namizədliyini irəli sürüb.

1990-cı ildə anadan olan Niyazi Cahangirov isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, 2017–2021-ci illərdə Apatitı şəhər bazarının direktoru olub. Cahangirov Liberal Demokrat Partiyasının üzvüdür və Murmansk Vilayət Dumasına 15 saylı Apatit seçki dairəsindən namizəd kimi qeydə alınıb.

1984-cü ildə anadan olan Ruslan Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğuldur və “Vahid Rusiya” partiyasından Krasnodar Diyar Dumasına namizəd kimi təqdim olunur.

1978-ci il təvəllüdlü Pərviz Süleymanov isə “Vahid Rusiya” partiyasından Kursk Vilayət Dumasına namizədliyini irəli sürüb. Kursk Vilayət Dumasına seçkilərin 20 sentyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulub.

Beləliklə, bu seçkilərdə azərbaycanlı namizədlər həm Rusiyanın federal parlamentində, həm də ayrı-ayrı regionların qanunverici orqanlarında təmsil olunmaq uğrunda mübarizə aparırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью