Rusiyada 6 turist itkin düşüb

06.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Rusiyanın Kamçatka vilayətində “Akvarium” adlı təbii əraziyə yürüş zamanı altı turist itkin düşüb.

APA xəbər verir ki, onlar 3 oktyabrda Yelizovski rayonuna yola düşmüş və 5-də geri qayıtmalı imişlər. Lakin onlar hələ də evə qayıttmayıblar.

Onların harada olduqları məlum deyil, qrupla əlaqə saxlamaq mümkün olmayıb. Axtarışların aparıldığı ərazidə sutka ərzində sulu qar və güclü yağıntılar yağıb.

Axtarışlara dron cəlb edilib. Turistlər qeydiyyatdan keçmədiyi üçün yaxınları həyəcan təbili çalıb.

Hava şəraiti və ərazinin uzaqlığı da axtarışları çətinləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью