Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vektor Dövlət Virusologiya Mərkəzi “Rusiyanın virusu” layihəsi çərçivəsində Rusiyanın 50 regionundan götürülmüş nümunələr əsasında əvvəllər məlum olmayan 60-dan çox virus aşkar edib.Bu məlumatı Novosibirskdə keçirilən “Qızıl Vadi” forumunda Mərkəzin baş direktoru Aleksandr Aqafonov paylaşıb. Mərkəzin rəhbəri qeyd edib:
"Artıq 50-dən çox bölgə bizə öz nümunələrini göndərib. Biz artıq 60-dan çox yeni, əvvəllər məlum olmayan virusları təcrid etmiş, onların genetik quruluşunu öyrənmiş və bir neçə virusu təcrid edib bioloji xüsusiyyətlərini öyrənmişik".