Rusiyada 6,1 bal gücündə ZƏLZƏLƏ

08.12.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Şimali Kuril adaları sahillərində güclü zəlzələ qeydə alınıb.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Ekspertin sözlərinə görə, yeraltı təkanların gücü 6,1 bal olub və yerli vaxtla saat 21:24-də (Bakı vaxtı ilə 14:24) qeydə alınıb. Təbii fəlakətin episentri Oxot dənizində olub.

Semenovanın sözlərinə görə, zəlzələnin mənbəyi 291 km dərinlikdə və Matua adasından 86 km məsafədə yerləşib. Yeraltı təkanlar Paramuşir adasındakı Severo-Kurilsk şəhərinin sakinləri tərəfindən hiss olunsa da, onların gücü üç baldan çox olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью