Rusiyada ağır avtomobil qəzası: 6 ölü

07.03.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belqorod vilayətində mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

525.az Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə 6 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Hadisə dünən axşam Novooskolskda, Olxovatka-Belimestnoye yolunda yaşanıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Belqorodun qubernatoru Vyaçeslav Qladkov mikroavtobusun sürücüsünün hadisəni törətməkdə özünü günahkar bildiyini desə də, bunun təsdiqə ehtiyacı olduğunu da söyləyib.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью