Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu VİDEO

13.11.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Rusiyada baş verən yol-nəqliyyat hadisəsində azərbaycanlı həlak olub.

Avtosfer.az xəbər verir ki, hadisə Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda qeydə alınıb.

Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili, "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində Vüqar adlı həmyerlimiz aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Daha iki Rusiya vətəndaşı isə xəsarət alıb.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью