Rusiyada ağır yol qəzası: Ölənlər var FOTO

14.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Sverdlovsk vilayətində ağır yol qəzasında 5 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

News24.az-ın məlumatına görə, bu barədə vilayətin Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə Serov-Severouralsk-İvdel avtomobil yolunun 48-ci km-də baş verib.

Belə ki, “KİA” markalı nəqliyyat vasitəsi “Qazel” markalı yük avtomobil ilə toqquşub. Nəticədə “KİA”da olan beş nəfər hadisə yerində keçinib. Hazırda polis əməkdaşları tərəfindən onların şəxsiyyəti müəyyənləşdirilir.

Yaralanan üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə istintaq-əməliyyat qrupu, yerli polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi gəlib. Qəza ilə bağlı araşdırma başlanılıb.\\report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью