Rusiyada alver edən soydaşlarımızın taleyi necə olacaq? Azərbaycanlıların orada çalışması.…
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlumdur ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib.
Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.Bu hadisə ölkəmizdə geniş müzakirələrə və etiraza səbəb oldu.
Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və zorakılıq əməllərindən sonra Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s.
ləğv edildi.Cəmiyyətdə gedən müzakirələrdən biri də Rusiyada yaşayan və orada ticarətlə məşğul olan sıravi vətəndaşlarımızın aqibəti ilə bağlıdır.
Danılmaz faktdır ki, Rusiyada kifayət qədər soydaşlarımız yaşayır və orada öz həyatlarını qurublar.Bəs görəsən, Azərbaycanla Rusiya arasında yaşanan hazırkı gərginlik fonunda Rusiyada ticarətlə məşğul olan soydaşlarımız üçün hansısa təhlükələr varmı?
Rusiyada fəaliyyət göstərən sahibkarlarımızın ölkəmizə qayıtması üçün addımlar atılmalıdırmı?Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.Onun sözlərinə görə, siyasi münasibətlərin pozulması fonunda digər sahələrə balta vurmağa ehtiyac yoxdur:"Azərbaycandan Rusiyada kifayət qədər çox sayda işçi qüvvəsi mövcuddur.
Bu işçi qüvvəsi arasında fəhlələr, sahibkarlar, dövlət vəzifələrində çalışanlar da var.
Tam oxu
Xəbəri oxu