Rusiyada “An2” tipli təyyarə radardan itdi

19.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın kamçatka diyarında “An-2” tipli təyyarə radarlardan itib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb. 

Bildirilib ki, yük daşıyan təyyarənin göyərtəsində 3 nəfər var. Onlardan ikisi pilot, biri isə yükü müşayiət edən şəxsdir. 

Məsələ ilə bağlı xilasetmə əməliyyatı başladılıb. Təyyarənin axtarışları üçün iki “Mi-8T” helikopteri göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью