Rusiyada ana dörd uşağı ilə birlikdə yanaraq ölüb

17.11.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada ana dörd uşağı ilə birlikdə yanaraq ölüb

Rusiyanın Novosibirsk vilayətində baş verən yanğın nəticəsində beş nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə Kupinski rayonunun Novoselye kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə baş verib.

Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa biliblər: "Evdə bir ana və dörd uşaq qalıb. Təəssüf ki, onların hamısı ölüb", - deyə mətbuat xidmətindən bildirilib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью