Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Mari El Respublikasının Privoljsk qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"İki min kvadratmetr ərazini əhatə edən anbarda yanğın və güclü tüstülənmə müşahidə olunur", - deyə məlumatda qeyd edilir.
Yanğının söndürülməsinə 54 nəfər və 16 texnika cəlb olunub.