GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Novosibirsk şəhərinin Kirovski rayonundakı anbarda yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, yanğının sahəsi 5 min kvadratmetri əhatə edib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun qarşısını almağa çalışırlar. Lakin güclü külək buna imkan vermir və yanğının sürətlə yayılmasına səbəb olur.
Məlumata görə, yanğın baş verən ərazidə anbar və onlayn mağaza yerləşir. Tələfat barədə məlumat verilmir.
Müşviq Tofiqoğlu
Globalinfo.az