Rusiyada anbarda güclü yanğın VİDEO

12.12.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Novosibirskdə anbarda güclü yanğın baş verib, yanğın 5 min kvadratmetr ərazini əhatə edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Tümenskaya küçəsində 3 min kvadratmetrlik sahədə bina yanır. Güclü külək yanğının sürətlə yayılmasına səbəb olur”, - deyə Telegram kanalında bildirilir.

Qeyd olunur ki, 69 əməkdaş və 20 texnika yanğını söndürür. Hadisə yerinə yanğınsöndürən qatar yollanıb.

Qeyd edək ki, dekabrın 12-də Barnaulda tikinti materialları anbarında yanğın baş verib. Yanğının yaxınlıqdakı tikililərə keçməsi təhlükəsi yaranıb. Yanğın sahəsi 3 min kvadratmetr olub. m. Yanğınsöndürənlər 2 ədəd qaz balonunu təhlükəli zonadan çıxara biliblər.

Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью