Rusiyada Apple və Microsoft şirkətləri nəzarət altına götürülüb

28.10.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Roskomnadzor "Apple" və "Microsoft" şirkətlərini nəzarət altına götürüb.

APA-nın Moskva bürosu xəbər verir ki, "Apple" və "Microsoft" şirkətləri Rusiyada məlumat yayma təşkilatçıları reyestrinə daxil edilib.

Qeydlərdə apple.com və microsoft.com domenləri göstərilib.

"Apple" proqram təminatı istehsalçısı və təchizatçısı, "Microsoft" isə proqramlar, aparat təminatı və bulud xidmətlərindən ibarət ekosistemi kimi göstərilib.

Qeyd edək ki, reyestrə daxil edilmə şirkətləri mesajların qəbulu, ötürülməsi və emalı, eləcə də istifadəçi məlumatları haqqında məlumatları Rusiyada saxlamaq öhdəlikləri qoyur. 1 yanvar 2026-cı il tarixindən etibarən bu cür məlumatların saxlanma müddəti bir ildən üç ilə qədər artırılıb. Mətn mesajları, audio və video zənglər altı ay saxlanılmalı və zəruri hallarda məlumatlar dövlət qurumlarına təqdim edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью