Rusiyada aprel ayından telefon fırıldaqçılarına qarşı qanun qüvvəyə minəcək

29.03.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Federasiyasında aprel ayından telefon fırıldaqçılarına qarşı qanun qüvvəyə minəcək.

Bizimyol.info xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin aprel ayından qüvvəyə minəcək yeni qanundan danışıb.

"İndi bir Rusiya vətəndaşına 20-dən çox SİM kart qeydiyyatdan keçə bilməz. Həmçinin "Qosusluqi"də sizin adınıza qeydiyyatdan keçmiş SİM kartların sayını yoxlamaq mümkün olacaq", - deyə Volodin Telegram kanalında yazıb.

O qeyd edib ki, bu, rabitə xidmətlərindən istifadə edən kiber fırıldaqçılıqla mübarizəyə kömək edəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью