Rusiyada ard arda iki güclü zəlzələ

15.07.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Kamçatka yarımadası yaxınlığında 6,0 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar iyulun 15-də altı dəqiqə fasilə ilə baş verib.

Məlumata görə, 6,0 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 210 kilometr cənub-şərqdə, 64,6 kilometr dərinlikdə yerləşib.

5,7 bal gücündə ikinci zəlzələnin episentri isə şəhərdən 206 kilometr aralıda, 72 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью