Rusiyada ard arda iki ZƏLZƏLƏ

30.05.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada - Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb.

Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb.

Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью