Icma.az, 525.az portalına istinadən məlumat verir.
Rusiyada son 10 ildə arı ailələrinin sayı təxmini 1 milyon azalıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kazan Aqrar Universitetinin alimi Aleksey Munkov bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə arı ailələrinin sayı orta hesabla 3,4 milyon idisə, 2024-cü ildə bu rəqəm 2,5 milyona düşmüşdü. Bu ilə olan məlumata görə, say azalması davam etməkdədir.
Menkov bunun 2 səbəbinin olduğunu da vurğulayıb: arılara düzgün qulluq edilməməsi və arıların qidalanma ərazilərinin azalması.
L.Tağıyeva