Rusiyada arzuolunmaz elan olunan uşaqlar ailəsi ilə birgə deport olunacaq

25.12.2024

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Bundan sonra Rusiyada “arzuolunmaz” elan olunmuş uşaqlarla birgə onların əcnəbi valideynlər də ölkədən çıxarılacaq.

Azpost bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin əmrində bildirilir.

Əgər əvvəllər uşaqlar arzuolunmaz valideynlərlə birlikdə deport edilirdisə, indi valideynlər də “arzuolunmaz” uşaqlarla birlikdə qovulacaqlar.

Sərəncam gələn il fevralın 5-dən qüvvəyə minir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью