Rusiyada aseton istehsalı zavodunda güclü yanğın baş verib

10.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyanın Leninqrad vilayətinin Qatçina şəhərində yerləşən aseton istehsalı zavodunda güclü yanğın baş verib.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hazırda yanğının sahəsi 1,9 min kvadratmetrə çatıb.

İlkin məlumata görə, yanğına böyük həcmdə asetonun dağılması səbəb olub.

Hələlik xəsarət alanlar barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью