Rusiyada ata 4 azyaşlı uşağını qətlə yetirib

28.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rusiyanın Tver vilayətində 4 uşaq qətlə yetirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə “Mejurka” bağ massivində baş verib.

Massivdə yerləşən şəxsi evdə 1 yaşdan 7 yaşa qədər uşaqların meyiti tapılıb. İlkin məlumatlara görə, uşaqları atası qətlə yetirib.

Qətldən sonra o, intihara cəhd etsə də, sağ qalıb. Kişi xəstəxanaya aparılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyir.

Faktla bağlı iki və daha çox şəxsi qətlə yetirmək maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью