Rusiyada atçılıq mərkəzində yanğın 48 at xilas edildi

29.01.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva vilayətində yerləşən atçılıq mərkəzində güclü yanğın baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın 2 min kv.metr ərazini əhatə edib.

Hadisə yerinə gələn 10 texnika və 29 yanğınsöndürənin sayəsində alovun digər tikililərə keçməsinin qarşısını alınıb. Xilasedicilərin vaxtında müdaxiləsi ilə 48 atın diri-diri yanmasına imkan verilməyib.

Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb, yanğının səbəbləri araşdırılır.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью