Rusiyada Avropaya gedə biləcək hücumçu yoxdur Canaşiya

26.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan millisinin və Moskva "Lokomotiv"nin sabiq futbolçusu Zaza Canaşiya Rusiya Premyer Liqasında oynayan hücumçuların Avropa klublarında çıxış etmək şanslarından danışıb. 

Fanat.Az xəbər verir ki, o bu barədə fikirlərini "Metaratings"-ə bildirib:  

“Hazırda Rusiya Premyer Liqasında Avropaya gedə biləcək hücumçu yoxdur. Heç bir komandada o səviyyədə forvard görmürəm" . 

Xatırladaq ki, Rusiya çempionatının bombardiri Moskva “Spartak”ının hücumçusu Manfred Uqaldedir. Hücumçu 15 qol vurub. 

Turnir cədvəlində birinci yeri 39 xalla “Krasnodar” tutur. Sonrakı yerdə eyni xalla “Zenit Sankt-Peterburq”dur. İlk üçlüyü 37 xal toplayan Moskva “Spartak”ı tamamlayır.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью