Rusiyada avtobus PUA ilə vuruldu

19.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Belqorod vilayətinin Şebekino şəhərində avtobusa hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. 

Onun sözlərinə görə, avtomobilin sürücüsü Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücumu nəticəsində xəsarət alıb. Avtobusa isə ziyan dəyib.  Bildirilir ki, nəqliyyat vasitəsində sərnişin olmayıb. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью