Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21.07.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Yakutiya vilayətində avtobus 25 metr hündürlükdən uçuruma yuvarlanıb.

APA xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb, daha yeddi nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə iyulun 21-nə keçən gecə baş verib. Belə ki, “Vostoçnaya Denisovskaya” mədəninin işçilərini daşıyan avtobusun sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Ümumilikdə avtobusda təxminən 36 nəfərin olduğu bildirilir. Hadisə yerində xilasedicilər cəlb olunub və hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью