Rusiyada avtoservisdə yanğın 28 avtomobil məhv olub

03.11.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Bu gün səhər saatlarında Xabarovsk şəhərində, Maşinistov küçəsində yerləşən avtomobil təmiri emalatxanasında güclü yanğın baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən texnika və 24 canlı qüvvə yönləndirilib. 

Qapalı sahədə başlayan yanğın qısa zamanda avtomobillərin saxlandığı meydançaya keçib. İstifadə olunmuş yağların yığıldığı çənlərin alovlanması vəziyyəti bir qədər də qəlizləşdirib. Belə ki, çənlərin partlaması nəticəsində alov avtomobilləri də ağuşuna alıb. 

Qeyd edək ki, Xabarovsk vilayəti Fövqəladə Hallar Nazirliyinin məlumatına görə hadisə nəticəsində heç kim xəsarət almayıb. Ümumilikdə 400 kv.m ərazi və 28 avtomobil tamamilə məhv olub.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью