Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində öldürüb

16.09.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində 66 yaşlı qadın ölüb.

Rusiya mediasının məlumatına görə, hadisə Yermakovsk bələdiyyə dairəsinin Verxni Kebej kəndində baş verib.

Məlumata görə, ayı qadına onun yaşadığı evin həyətində hücum edib. Aldığı xəsarətlər nəticəsində qadın həyatını itirib.

Hadisənin bütün təfərrüatları araşdırılır.

Bildirilir ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə alınan altıncı ölüm hadisəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью