Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Risiyanın İrkutsk vilayətinin Sayansk şəhərində ayı uşaq evinin ərazisinə girib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Babr Mash" Telegram kanalı məlumat yayıb.
Avtomobilin kamerasından götürülmüş görüntülərə görə, ayı maşınlara məhəl qoymadan yola çıxıb və yolu keçib, bundan sonra baryerin altından sürünərək uşaq evinin ərazisinə girib.
Səlahiyyətlilər təhlükəli heyvan şəhər küçələrinə çıxa biləcəyi üçün yerli sakinləri ehtiyatlı olmağa çağırıb.
Ötən gün Amur vilayətinin Vostoçnı kəndinin sakinləri küçədə ayı görüblər.
Əyri pəncə Tynda bölgəsindəki bir kəndin kənarına qədər yaxılaşaraq küçələrdə dolaşmağa başlayıb. Onu yerli məktəbin yaxınlığında görüblər.
Novaya küçəsinin sakinləri heyvanı görəndə ovçulara zəng ediblər.
Videonu çəkən yerli sakin bildirib ki, iti ilə gəzintiyə çıxanda ayını görüb. O, bu vəziyyəti "kabus" adlandırıb.