Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 oktyabr, AZƏRTAC
İlin əvvəlindən bəri Rusiyada təxminən 25 nəfər ayı hücumlarının qurbanı olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyada ayı hücumları bu il daha çox Krasnoyarsk diyarında qeydə alınıb. Hesablamalarına görə, burada yeddi nəfər ayıların hədəfinə çevrilib.
Son illərdə Sibirdə və Uzaq Şərqdəki meşələrdə ayı populyasiyası xeyli artıb və bu il tayqada məhsuldarlıq zəif olub. Yem qıtlığı nəticədə ac yırtıcıları insanların məskunlaşdığı ərazilərə daha tez-tez yaxınlaşmağa məcbur edir.