Rusiyada ayılar şəhəri əhatəyə aldı

23.09.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün “Max” kanalında bildirib.

Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb.

Buçenik ayıların bir neçəsinin ovçular tərəfindən vurulduğunu, bir neçəsinin isə ərazidən uzaqlaşdırıldığını bildirib. 

Qeyd edək ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Ümumilikdə, bu müddət ərzində ölkə ərazisində ayı hücumlarından həlak olanların sayı 15 nəfərə çatıb. Heyvanların aktivliyi daha çox Sibir və Uzaq Şərq regionlarında, xüsusilə də Krasnoyarsk diyarında müşahidə olunur. Yırtıcıların kütləvi şəkildə insanlara yaxınlaşmasının səbəbləri sırasında Krasnoyarsk diyarındakı meşə yanğınları və payız fəslində ayıların əsas kalori mənbəyi hesab olunan sidr qozasının azlığı göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью