Rusiyada Azərbaycan restoranlarına HÜCUM ÇAĞIRIŞI

17.07.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Rusiya Kommunistləri” partiyası baş nazir Mixail Mişustinə Rusiyaya düşmən olan ölkələrin mətbəxini təqdim edən iaşə obyektlərinə xüsusi vergi tətbiq etməyi təklif etmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, bu barədə “Abzas” nəşrinə müsahibəsində partiyanın sədri Sergey Malinkoviç deyib.


"Rusiyaya düşmən olan ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. Bu ölkələr rus mətbəxi restoranlarını inkişaf etdirməyə kömək etmirlər. Belə restoranlar faktiki olaraq həmin ölkələrdə yoxdur", - Malinkoviç hesab edir.

Bundan əlavə, Malinkoviç Azərbaycan və Türkiyə yeməkləri təqdim edən kafelərin xüsusi vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrin aparılmasına çağırır.

Zaur,
BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью