Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb

09.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.aza xəbər verir ki, bu barədə Rusiyanın Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının İdarə heyətinin sədri İqor Karavayev məlumat verib.

"Nar mövsümi meyvələrə aiddir və əsas tədarükçü ölkələrdə onun əsas məhsulu payıza təsadüf edir. Hazırda iri pərakəndə şəbəkələrə tədarük Türkiyə, Azərbaycan, eləcə də məhsulun ilin birinci yarısında yığıldığı Perudan həyata keçirilir", - deyə ekspert bildirib.

O bildirib ki, yeni məhsullar satışa yenicə daxil olmağa başlayıb. Hazırda iri pərakəndə şəbəkələrdə bir məhsul mövqeyi təqdim olunur və minimal qiymət 1 kq üçün 450 rubldan (təxminən 9 manat - red.) başlayır.(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью